A
+Əməkdar artist Sevda Ələkbərzadə sosial şəbəkələrdə təhqir dolu şərhlər yazan istifadəçilərdən danışıb.
Söz.az xəbər verir ki, “Söhbət var” verilişinə qonaq olan sənətçi bu kimi halları ayıb adlandırıb.
“Düşünürəm ki, mədəniyyəti olan insan təhqir yazmaz. Sən kiməsə təhqir yazırsansa, ilk növbədə özünü təhqir edirsən. Ümimiyyətlə, kiminsə qəlbini qırmağa sənin nə haqqın var? Kim verib bu haqqı ki, kimsə kiminsə qəlbini qırsın. Günah deyil?”, - deyə əməkdar artist deyib.
Qeyd edək ki, Sevda Ələkbərzadə 10 may tarixində Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcək.