A
+Moskva Gürcüstanla diplomatik münasibətlərin bərpası və normallaşdırılması yolu ilə getməyə hazırdır.
Söz.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.
"Gürcüstanla ikitərəfli münasibətlərin normallaşdırılmasının gələcək perspektivlərinə gəlincə, Tiflis buna hazır olarsa, biz də bu yolla getməyə hazırıq", -deyə Zaxarova bildirib.