A
+Kanadanın Vankuver şəhərində bir neçə nəfərin yaralanması ilə nəticələnən hücum baş verib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxs bıçaqla insanlara hücum edib.
Hadisə Robson və Hamilton küçələrinin kəsişməsi yaxınlığında yaşanıb.
Cinayətkar yoldan keçənlərə hücum edib, onlardan bir neçəsini yaralayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edən şəxsi zərərsizləşdirilib. Onun şəxsiyyəti hələ müəyyənləşməyib.