A
+“Bitcoin”-in qiyməti ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın kriptovalyutalarla bağlı müsbət tənzimləmələr tətbiq edəcəyinə dair açıqlamasından sonra ilk dəfə olaraq 100 min dolları ötüb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bitcoin” də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində təxminən 2,8 faiz artaraq 3 trilyon 600 milyard dolları keçib.
Hazırda birjalarda 101 min 447 dollar qiyməti olan “Bitcoin”-nin həftəlik dəyər qazancı 5,36 faiz yüksəlib.