A
+Çinin cənubundakı Şençjen şəhərində tikinti meydançasında torpağın çökməsi nəticəsində 13 işçi ilə əlaqə kəsilib.
Söz.az xəbər verir ki, bu barədə “RİA” CCTV-yə istinadən məlumat yayıb.
Hakimiyyət orqanları yaxınlıqdakı ərazilərin sakinlərini təxliyə edib və yollarda hərəkətə müvəqqəti məhdudiyyət qoyulub.
Hazırda xilasetmə işləri davam etdirilir, hadisənin səbəbləri araşdırılır.