SON DƏQİQƏ! İranda 2 güclü zəlzələ oldu

SON DƏQİQƏ! İranda 2 güclü zəlzələ oldu

5-12-2024, 09:13
-

A

+

İranın qərbində İraqla sərhəd yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.

Söz.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 841 min əhalisi olan Əhvaz şəhərindən 99 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı yerin 10 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

***

Eyni zamanda İranın qərbində, Xuzistan əyalətində növbəti zəlzələ qeydə alınıb.

Söz.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar 5 bal olaraq ölçülüb.

Zəlzələnin episentri 111 min nəfər əhalisi olan Məscid Süleyman şəhərindən 51 km şimal-şərqdə olub. 

Zəlzələnin ocağı yerin 10 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.



yuxarı