A
+Tbilisidə ötən gün hökumət əleyhinə keçirilən aksiyalarda 15 nəfər cinayət ittihamı ilə saxlanılıb.
Söz.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, hazırda etirazçılar tərəfindən törədilmiş bütün cinayət əməlləri Cinayət Məcəlləsinin 187-ci (Başqasının əmlakını zədələmə və ya məhv etmə – red.) və 353-cü (Polis əməkdaşına hücum – red.) maddələri ilə araşdırılır.
Hazırda bu məcəlləyə əsasən yeddi nəfər saxlanılıb.
Daha 7 nəfər isə Cinayət Məcəlləsinin 225 və 239-cu (bir qrup zorakılığı təşkil etmə, onlara rəhbərlik etmə və ya bu zorakılıqda iştirak etmə; zorakılıq hərəkətlərinə açıq çağırışlar) maddələri ilə saxlanılıb.
Gürcüstan Daxili İşlər Nazirliyi partlayış törətməkdə ittiham olunan daha bir nəfərin də polis tərəfindən məsuliyyətə cəlb olunduğunu bildirib.