Zelenski Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etdi

Zelenski Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etdi

5-12-2024, 12:25
-

A

+

Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edib.

Söz.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin "Telegram" kanalında məlumat verilib. 

“Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyalarla bağlı qərarını qüvvəyə mindirən fərman imzaladım”, – deyə bildirilib. 

Bundan əlavə, Zelenski Avropa və ABŞ-ni eyni prinsiplə hərəkət etməyə çağırıb. Onun fikrincə, Gürcüstan, Moldova və Ukraynanı itirmək olmaz.

Daha əvvəl Zelenski Gürcüstandakı vəziyyətə müdaxilə etmək niyyətində olduğunu bildirib. 

Siyasətçi Kiyevin ölkəyə qarşı sanksiyalar hazırladığını vurğulayıb. Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna prezidentini tənqid edib. 

O, Zelenskini hakim rolunu oynamağa çalışan mənfi xüsusiyyətli biri adlandırıb.


yuxarı