Bu ölkədə güclü partlayış oldu! Çox sayda əsgər öldü

Bu ölkədə güclü partlayış oldu! Çox sayda əsgər öldü

5-12-2024, 12:40
-

A

+

Vyetnamın Donq Nai əyalətində hərbi təlim zamanı faciə baş verib. 

Söz.az “Haber Global”-a  istinadən xəbər verir ki, hərbi atış poliqonunda təlim zamanı baş verən partlayışda 12 əsgər həyatını itirib.

Bəzi əsgərlərin cəsədlərinin hələ də tapılmadığı və axtarışların davam etdiyi bildirilib.

Partlayışın səbəbi hələ açıqlanmasa da, ehtimal edilir ki,  əsgərlərin döyüş sursatı daşıyarkən onları ildırım vurub və partlayıcı işə düşüb. 

Ölkənin Müdafiə Nazirliyi hadisə ilə bağlı təcili araşdırma aparılmasına göstəriş verib.



yuxarı