A
+Rusiyada Xabarovsk hava limanında sərnişin polisdən qaçmaq istəyərkən ölüb.
Söz.az "Baza"-ya istinadən xəbər verir ki, 33 yaşlı Sergey adlı şəxs dekabrın 5-də səhər saatlarında polis tərəfindən saxlanılıb.
Şahidlərin dediyinə görə, o, həmin an sərxoş olub və qeyri-adekvat hərəkətlər edib.
Polis əməkdaşları ona yaxınlaşaraq inzibati protokol tərtib etmək üçün şöbəyə getməyi təklif ediblər.
Yolda Sergey qəfildən polislə getmək fikrindən daşınıb, çantasını onların üstünə atıb və qaçıb.
Bu zaman o, maneələrin üstündən aşaraq üçüncü mərtəbədən özünü aşağı atıb.
Yıxıldıqdan sonra o, sağlamlıq mərkəzinə aparılıb, lakin həyatını xilas etmək mümkün olmayıb.