A
+Fələstinin Qəzza zolağında son 24 saat ərzində İsrail qüvvələrinin anklavın müxtəlif ərazilərini havadan bombardmanları və atəşə tutması nəticəsində 50-yə yaxın insan həlak olub.
Söz.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir:“Son 24 saat ərzində İsrailin hücumu nəticəsində 48 nəfər həlak olub, 200-dən çox insan yaralanıb”.
Qeyd edək ki, İsrailin ötən ilin oktyabrından bu günə qədər sektorda keçirdiyi hərbi əməliyyat zamanı 44 580 nəfər həlak olub, 105 739 nəfər yaralanıb.