Danışıqların uğursuz olmasının səbəbkarı o imiş - Simonyan açıqladı

Danışıqların uğursuz olmasının səbəbkarı o imiş - Simonyan açıqladı

5-12-2024, 16:11
-

A

+

Ermənistan parlamentinin spikeri Alen Simonyan etiraf edib ki, bir sıra hallarda Ermənistan tərəfindən informasiya sızması səbəbindən Azərbaycanla danışıqlar uğursuz olub.

Söz.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, məlumatın sızması deputat Ovik Ağazaryanın təqsiri üzündən baş verib.

"Baş nazir Nikol Paşinyan bizə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün təfərrüatlarını danışır, baş nazir dövlət sirri olan məlumatları bölüşür. O isə bütün bunları açıqlayır. Bu, normaldırmı?", - deyə Simonyan bildirib. 

O əlavə edib ki, Ermənistan hakimiyyəti bir ildən artıqdır ki, informasiya sızmasının mənbəyini axtarıb.

Bu həftə “Mülki müqavilə” partiyasının idarə heyətinin qərarı ilə deputat Ovik Ağazaryan məxfi məlumatların sızması səbəbindən sıralarından xaric edilib.



yuxarı