Türkiyə Qərbi iğtişaşları qızışdırmaqda ittiham etdi

Türkiyə Qərbi iğtişaşları qızışdırmaqda ittiham etdi

5-12-2024, 16:29
-

A

+

Qərb diplomatları Türkiyədə iğtişaşlar yaratmağa çalışırdılar. 

Söz.az xəbər verir ki, bunu “Aydınlık” qəzetinə Türkiyə Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Süleyman Soylu deyib.

“Mən cənub-şərqi Anadoluya bir dənə də olsun qərb diplomatını buraxmadım, çünki onlar iğtişaş yaratmağa çalışırdılar.

Daxili İşlər Nazirliyinin sabiq rəisi 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı etdiyi hərəkətlərə münasibət bildirib. 

O əlavə edib ki, bu barədə ilk dəfə danışır və addım sayəsində Türkiyə tərəfi uğur qazanıb. 

Soylu qeyd edib ki, fövqəladə vəziyyət zamanı o, Qərb diplomatlarının Cənub-Şərqi Anadolu ərazisinə daxil olmasını qadağan edib.


yuxarı