A
+Amerikalı sahibkar, texnologiya milyarderi İlon Mask ABŞ prezidentliyi yarışı zamanı Donald Trampın Ağ Evə qayıtmasına kömək etmək üçün ən azı 260 milyon dollar xərcləyib.
Söz.az xəbər verir ki, bu barədə CNN Federal Seçki Komissiyasının sənədlərinə istinadən məlumat yayıb.
Beləliklə, planetin ən varlı iş adamı prezidentlik kampaniyasının böyük siyasi sponsorlarından birinə çevrilib və builki seçkilərin nəticələrinə böyük təsir göstərib.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp daha əvvəl bəyan edib ki, Mask, eləcə də iş adamı Vivek Ramasvami hökumətin səmərəliliyinin artırılması və bürokratiya ilə mübarizə ilə məşğul olacaq yeni departamentə rəhbərlik edəcək.
Tramp bildirib ki, yeni qurum Ağ Ev və onun İdarəetmə və Büdcə Ofisi ilə birgə genişmiqyaslı struktur islahatları həyata keçirəcək.