A
+Rusiyanın Nijni Novqorod şəhərində istehsal və anbar binasında güclü yanğın baş verib.
Söz.az REN TV-yə istinadən xəbər verir ki, yanğın sahəsi 8400 kvadratmetri əhatə edib.
İlkin məlumata görə, yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yanğınla bağlı məlumatı təsdiqləyib.
İdarədən əlavə ediblər ki, dam örtüyü uçub. Yanğın yerinə 35 texnika və 100-dən çox mütəxəssis cəlb edilib.
Yanğın lokallaşdırılıb.