Dünyanı şoka salan açıqlama: Hava limanında 20 min cəsəd var!

Dünyanı şoka salan açıqlama: Hava limanında 20 min cəsəd var!

6-12-2024, 11:25
-

A

+

Birləşmiş Millətlər Təşkilatının (BMT) Məcburi İtkinlər Komitəsi Kolumbiyaya səfəri zamanı paytaxt Boqotadakı hava limanının anqarında təxminən 20 min naməlum cəsədin saxlanıldığı iddia edib.

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, Karmen Roza Villa verdiyi açıqlamada cəsədlərin mühafizə altında saxlandığını, şəxsiyyətlərin müəyyən etmək mümkün olmadığı üçün hələ də dəfn edilmədiyini bildirib.

O,  BMT-nin hava limanındakı naməlum cəsədlərdən narahat olduğunu ifadə edərək, "Lazımlı məhkəmə-tibbi araşdırmaları aparacaq təhsilli mütəxəssislər yoxdur. Tapılan qalıqları və ya cəsədləri qoruyub saxlayacaq yer dəyoxdur", - deyib.

Kolumbiya Hüquq, Tibb və Məhkəmə Elmləri İnstitutu 20 min naməlum cəsədin hava limanındakı anqarda saxlanılması iddialarını rədd edərək, sözügedən anqarın varlığından xəbərsiz olduqlarını açıqlayıb.



yuxarı