"Zelenski yumurtaları" satışa çıxarılır

"Zelenski yumurtaları" satışa çıxarılır

6-12-2024, 12:10
-

A

+

Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenkonun ictimai mərkəzi Ukrayna Silahlı Qüvvələri Günü münasibətilə satışa “Prezident” toyuq yumurtalarının məhdud partiyasını buraxıb. 

Söz.az xəbər verir ki, millət vəkili bu barədə öz “Telegram” kanalında məlumat verib.

“Zelenskinin yumurtaları tapılıb. Ukrayna Silahlı Qüvvələri Günü üçün Qonçarenko Mərkəzləri prezident yumurtalarının məhdud partiyasını satışa çıxarıb”, - deyə bildirilib.

Deputatı izah qeyd edib ki, aksiya Ukrayna prezidenti Vladimir Zelenskinin orduda demobilizasiyanı həyata keçirmək üçün iradəsinin olmamasını tənqid edir.



yuxarı