Azərbaycanda evdən 10 min manatlıq oğurluq edildi

Azərbaycanda evdən 10 min manatlıq oğurluq edildi

6-12-2024, 12:22
-

A

+

Abşeron rayonunun Görədil kəndində evdən 10 min manat dəyərində inşaat materialları oğurlanıb.

Söz.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Zərərçəkmiş noyabrın 25-dən dekabrın 5-dək olan müddətdə evindən 10 min manat dəyərində inşaat materiallarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


yuxarı