Sumqayıtda 140 AZN-lik Yen il ağacı oğurlandı - ANBAAN VİDEO

Sumqayıtda 140 AZN-lik Yen il ağacı oğurlandı - ANBAAN VİDEO

6-12-2024, 12:31
-

A

+

Sumqayıtda oyuncaq mağazalarından birində oğurluq hadisəsi baş verib.

Söz.az "BAKU.WS"-ə istinadən xəbər verir ki, naməlum şəxs mağazanın qarşısındakı Yeni il ağacını götürərək aparıb.

Bu barədə TikTok sosial platformasında görüntülər yayılıb.

Hadisə şəhərin 2-ci mikrorayon ərazisində yerləşən mağazalardan birində dünən axşam 21:12-də baş verib.

Yaşanan hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan görüntülənib.

Oğurlanan Yeni il ağacı 140 AZN dəyərində olub.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdik.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov BAKU.WS-ə açıqlamasında bildirib ki, dekabrın 5-i saat 21 radələrində Sumqayıt şəhəri ərazisində naməlum şəxsin mağazaların birindən dekorativ şam ağacını oğurlaması barədə polisə məlumat daxil olub.

Əməli törədən şəxsin tapılması istiqamətində polis əməldaşları tərəfindən araşdırma aparılır.


yuxarı