İki təyyarə toqquşdu

İki təyyarə toqquşdu

6-12-2024, 12:49
-

A

+

Braziliyanın San-Paulu hava limanında iki sərnişin təyyarəsi toqquşub,

Söz.az xəbər verir ki, bu barədə  "The Rio Times" məlumat yayıb.

Qeyd olunur ki, qəza dekabrın 3-də baş verib.

Braziliyanın yerli "Latam" aviadaşıyıcısına məxsus "Airbus A320neo" təyyarəsi hərəkət edərkən eyni aviaşirkətə məxsus və havaya qalxmağa hazırlaşan "Airbus A319"  təyyarəsinin quyruq hissəsinə toxunub.

Məlumata görə, nəticədə hər iki təyyarə zədələnib. Təyyarələr müvəqqəti olaraq uçuşları dayandırılaraq yoxlamaya göndərilib.

Sərnişinlər və ekipaj üzvləri insident zamanı xəsarət almayıb və təyyarələri sağ-salamat tərk ediblər.

Sərnişinlər ehtiyat təyyarələrlə təyinat yerinə çatdırılıb.


yuxarı