A
+Gürcüstan prokurorluğu doqquz nəfəri qrup şəklində zorakılığın təşkilində, ona rəhbərlik etməkdə, həmçinin qrup zorakılıqlarında iştirakda və partlayış hazırlamaqda ittiham edib.
Söz.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib ki, Tbilisi şəhərinin Rustaveli prospektində keçirilən aksiya zamanı təqsirləndirilən şəxslər qrup şəklində zorakılıq təşkil edib. Nəticədə çox sayda insanın sağlamlığına ziyan vurulub. Həm fiziki, həm də hüquqi şəxslərin əmlakına, Tbilisi meriyasının balansında olan infrastruktura zərər dəyib.
Saxlanılan şəxslərə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 9 ilə qədər həbsi nəzərdə tutan 225 və 18.229-cu maddələri ilə ittiham irəli sürülüb.
Onlar barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə vəsadət qaldırılıb.
Qeyd edək ki, Gürcüstanda noyabrın 28-dən etibarən hakimiyyətin qərarı ilə ölkənin Avropa İttifaqına daxil olması danışıqlarının başlanmasını 2028-ci ilə qədər gündəmdən çıxarmağına cavab olaraq etiraz aksiyaları keçirilir.