Nazirə qarşı hücum - Telefonuna...

Nazirə qarşı hücum - Telefonuna...

6-12-2024, 16:33
-

A

+

Fransanın xarici işlər naziri Jan-Noel Barro fişinqin qurbanına çevrilib.

Söz.az "Le Monde"-yə istinadən xəbər verir ki, nazirin zərərli linkə keçid etməsindən sonra onun mobil telefonu hakerlər tərəfindən sındırılıb. 

Fransa Milli Kibertəhlükəsizlik Agentliyi (ANSSI) hadisə ilə bağlı dərhal məlumatlandırılıb. 

Agentliyin ilkin araşdırmasının nəticələrinə görə, söhbət əvvəllər yüksək rütbəli fransız məmurlarına qarşı istifadə edilən casus proqram təminatından getmir.

Nazir diplomatik səfər cədvəlinin sıx olduğunu əsas gətirərək şəxsi telefon nömrəsini agentliyə verməkdən imtina edib. Mütəxəssislərin fikrincə, əgər nazir linkə klik etsəydi, məxfi məlumatlar oğurlana bilərdi ki, bu da milli təhlükəsizliyə və diplomatik münasibətlərə xələl gətirərdi.

Maraqlısı odur ki, Barrot xarici işlər naziri təyin edilməzdən əvvəl rəqəmsal texnologiyalar üzrə dövlət katibi olub. 2023-cü ildə o, hökumətə fişinq kampaniyaları ilə mübarizəyə yönəlmiş qanun layihəsi təqdim edib.

yuxarı