A
+Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində 14 mərtəbəli binada partlayış olub.
Söz.az-ın "Haberler.com"-a istinadən verdiyi məlumata görə, hadisə zamanı 6 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisə yerinə çox sayda sağlamlıq, yanğınsöndürən və polis qrupları göndərilib.
Binanın qapıçı kotağında daha bir nəfərin də olduğu öyrənilib.
Yanğınsöndürənlərin -1-ci mərtəbədə axtarış-xilasetmə işləri davam edir.