A
+Ekvadorun Loxa və Katamayo şəhərləri arasındakı magistralda şəhərlərarası avtobus və minik avtomobilinin toqquşması nəticəsində azı 16 nəfər ölüb.
Söz.az xəbər verir ki, bu barədə “El Comercio” qəzeti məlumat yayıb.
“İlkin məlumatlara görə, 15 nəfər hadisə yerində ölüb, 8 nəfərin vəziyyəti ağırdır.
Qəzanın səbəbləri araşdırılır.