A
+Türkiyənin Bitlis vilayətində azı 23 avtomobilin iştirakı ilə baş verən qəzada 30-dan çox adam xəsarət alıb.
Söz.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Hadisə dekabrın 7-də səhər saatlarında Bitlis-Tatvan avtomobil yolunda baş verib.
İlkin məlumata görə, hadisə nəticəsində 31 nəfər xəsarət alıb.
Yaralıların Tatvan Dövlət Xəstəxanasına aparıldığı bildirilib.
Hazırda qəzaya uğrayan avtomobillər təxliyə edilib.