Xalq artistinin başına dəhşətli iş gəldi

Xalq artistinin başına dəhşətli iş gəldi

7-12-2024, 21:22
-

A

+

Rusiyanın Xalq artisti, aktrisa Raisa Ryazanova fırıldaqçıların qurbanı olub.

Söz az REN.TV-yə istinadən xəbər verir ki, onun 4 milyon rublunu mənimsəyiblər.

Fırıldaqçılar ənənəvi olaraq özlərini Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları kimi təqdim edərək qadını bank hesablarının təhlükəsiz olmadığına inandırıblar. 

Onların göstərişi ilə Ryazanova hesabından 4 milyon rubl çıxararaq naməlum gəncə verib.

Polis Raisa Ryazanova ilə profilaktik söhbət aparıb. 

Qeyd edək ki, aktrisa "Moskva göz yaşlarına inanmır" və "Gözəl doğulma" filmlərindəki rolları ilə tanınır.


yuxarı