A
+Bosniya və Herseqovinanın tərkibindəki Serb Respublikasının prezidenti Milorad Dodik əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdirilib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, Dodik Belqradda müayinədən keçib, bundan sonra həkimlər onu xəstəxanaya yerləşdirməyə qərar veriblər. Siyasətçi mədəsində kəskin ağrılardan şikayətlənib.
"Lazımi hazırlıqdan sonra prezident Dodikin qida borusu və mədəsində əməliyyat aparılacaq", - dey Serb Respublikası Prezidentinin nümayəndələri bildiriblər.