A
+Konqo Demokratik Respublikasının cənub-qərbində yerləşən Kvanqo əyalətində 30-dan çox insan naməlum xəstəlikdən ölüb.
Söz.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında məlumat yayımlanıb.
“2024-cü il oktyabrın 24-dən dekabrın 5-dək Konqo Demokratik Respublikasının Kvanqo əyalətindəki Panzi sağlamlıq zonasında 406 diaqnoz qoyulmamış xəstəlik hadisəsi qeydə alınıb”, - deyə məlumatda bildirilib.
Təşkilat xəstəliyin daha çox qızdırma, baş ağrısı, öskürək, burun axması və bədən ağrıları ilə müşayiət olunduğunu qeyd edib.
31 nəfərin öldüyü, xəstələrin əksəriyyətinin uşaqlar, xüsusilə də 5 yaşa qədər olduğu vurğulanıb.