A
+Sərnişin Meksika təyyarəsini zorla ABŞ-yə yönləndirməyə cəhd edib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, sərnişin stüardessaya hücum edərək Leondan Meksikanın Tixuana ştatına uçan təyyarəni ABŞ-yə yönləndirmək üçün kabinəyə daxil olmağa çalışıb.
Həmin şəxs polis tərəfindən saxlanılıb.
O, təyyarənin göyərtəsində həyat yoldaşı və iki uşağı ilə birlikdə olub.
Həmin şəxs addımını qohumunun qaçırılması ilə izah edib.
Təyyarə Leondan havaya qalxdıqdan sonra ona mesaj göndərilib. Bildirilib ki, əgər Tixuanaya uçacağı təqdirdə oğurlanan şəxs öldürüləcək.