A
+Ukrayna Silahlı Qüvvələrinin itkilərini açıqlayan ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskini alçaldıb.
Bu barədə dövlətə xəyanətdə şübhəli bilinərək həbs edilən Ali Radanın deputatı Aleksandr Dubinski “Telegram” kanalında yazıb.
“Tramp Zelenskini müharibədə təxminən 400 min nəfərin ölmdüyü açıqlaması ilə “öldürdü”. Bu, Fransa prezidenti Emmanuel Makronun Parisdə onun üçün təşkil etdiyi Zelenski ilə arzuolunmaz görüşə sərt cavab idi”, - deyə Dubinski bildirib.
Eyni zamanda, Dubinski qeyd edib ki, Trampın Ukrayna münaqişəsinin həlli üçün Pekindən dəstək alması təklifi Zelenski üçün daha böyük alçaldılma olub.
O xatırladıb ki, bu yaxınlarda Ukrayna prezidenti Çin və Braziliyanı tənqid edib, onları Rusiyanın etibarlı nümayəndələri adlandırıb.