A
+Suriyanın paytaxtı Dəməşqdə Bəşər Əsəd rejiminə aid olan Sednaya həbsxanasındakı məhbuslar müxalif qüvvələr tərəfindən sərbəst buraxılıb.
Söz.az “Haber Global”-a istinadən xəbər verir ki, işgəncələri ilə tanınan həbsxanada edam edilən məhbuslar üçün istifadə edilən avadanlıq görüntülənib.
Dəhşətli cihaz rejimin qəddar simasını ortaya qoyub.
Edam edilən məhbusların cəsədlərinin sözügedən avadanlığa yerləşdirilərək yastılaşdırıldığı, cəsədlərinin və sümüklərinin əzildiyi və qəliblərə salındığı bildirilib.
Avadanlığın altındakı qan kanalları sayəsində qalıqların torbaya qoyularaq həbsxanadan çölə atıldığı qeyd edilib.