A
+İran tərəfi Suriya prezidenti Bəşər Əsədin gedişindən sonra öz nüvə potensialını yaratmağa yaxınlaşıb.
Söz.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
“İran nüvə silahı əldə etməyə 20 illik səylərində heç vaxt olmadığı qədər yaxındır”, - deyə məqalədə qeyd edilib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin sözlərinə görə, İran uran istehsalında dramatik sürətlənməyə məruz qalıb. O əlavə edib ki, İranın dörd bomba yaratmaq üçün kifayət qədər ehtiyatı var, lakin bunun üçün bir ildən 18 aya qədər vaxt lazım olacaq.
Qeyd edək ki, dekabrın 8-nə keçən gecə müxalif qruplar Suriyanın paytaxtı Dəməşqi ələ keçirib.
“Reuters”in verdiyi məlumata görə, Suriya ordusu komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin bitdiyini açıqlayıb.