A
+Türkiyədə hərbi helikopter yanacaqdoldurma məntəqəsinin yanında qəzaya uğrayıb.
Söz.az "Haber Global"-a istinadən xəbər verir ki, hadisə İspartanın Keçiborlu rayon mərkəzində baş verib.
Qəza yerinə təcili yardım və xilasetmə briqadaları göndərilib.
Məlumata görə, 4 əsgər şəhid olub, 1 nəfərin axtarışı davam edir.