A
+Müxalif qüvvələr Suriyanın paytaxtı Dəməşqdə nəzarəti ələ keçirdikdən sonra devrilən prezident Bəşər Əsədin sarayına daxil olub və sarayın altındakı dəhlizlərə baxış keçiriblər.
Söz.az xəbər verir ki, görüntülərdə sığınacaqlardakı bütün qutu və çamadanların boş olduğu, sığınacaqlardakı hər şeyin aparıldığı görülüb.
Əsəd və ailəsinin Rusiyaya sığınmazdan əvvəl dəhlizdəki əşyaları özləri ilə apardıqları aydın olub.
Müxaliflər Dəməşqdəki Prezident Sarayına girərək Əsədin şəkillərini yığışdırıblar. Daha sonra saray insanlar tərəfindən talan edilib və saraydan xalçadan paltara, qab-qacaqdan müxtəlif əşyalara qədər çoxlu əşyalar götürülüb.