A
+Suriyanın keçmiş prezidenti Bəşər Əsədə Rusiyada siyasi sığınacaq verilməsi barədə qərarı ölkəmizin prezidenti Vladimir Putin verib.
Söz.az REN.TV-yə istinadən xəbər verir ki, bunu dekabrın 9-da keçirdiyi brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
“Əlbəttə, bu cür qərarlar dövlət başçısı olmadan verilə bilməz və bu, onun qərarıdır”, - deyə Kreml sözçüsü bildirib.
O, həmçinin qeyd edib ki, Putinin Əsədlə görüşü nəzərdə tutulmayıb.