A
+Suriyanın paytaxtı Dəməşq yenidən normal həyata qayıdıb.
Söz.az xəbər verir ki, bu barədə TASS-a hadisə şahidləri məlumat verib.
Bildirilib ki, hazırda atışma dayanıb, şəhərdə mağazalar açılıb.
“Atışmalar tamamilə dayanıb, şəhər canlanıb, normal həyat sürür, bazarlar, dükanlar açıqdır. Silahlı şəxslər küçələrdən yoxa çıxıblar. Yeni hökumətin hansı addımlar atacağını gözləyirik”, - deyə agentliyin həmsöhbəti bildirib.