Bəşər Əsəd Suriyadan sərvətlə qaçdı - MƏBLƏĞ AÇIQLANDI

Bəşər Əsəd Suriyadan sərvətlə qaçdı - MƏBLƏĞ AÇIQLANDI

10-12-2024, 10:06
-

A

+

Suriyada müxalifətin 61 illik BƏƏS rejimini devirməsindən sonra Rusiyaya qaçan Bəşər Əsədin özü ilə nə qədər pul apardığı bəlli olub.

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, rejim kəşfiyyatından olan Xalid Beyye Əsədin ölkəni tərk edərkən özü ilə birlikdə 135 milyard dollar qaçırdığını bildirib.

Noyabrın 27-si Suriyada Bəşər Əsəd rejiminə qarşı əməliyyata başlayan silahlı müxalif qruplar 12 gün ərzində hətta döyüşmədən bir çox şəhəri ələ keçirib.

Müxalifət paytaxt Dəməşqə nəzarəti ələ keçirdikdən sonra 61 illik BƏSS rejimi devrildi və Suriya prezidenti Bəşər Əsəd ölkədən qaçaraq Rusiyaya sığındıb. 


yuxarı