A
+Xüsusi hərbi əməliyyat ölkə rəhbərliyinin qarşıya qoyduğu tapşırıqların icrasından sonra başa çatacaq.
Söz.az "Ura.ru"-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml nümayəndəsi onu da vurğulayıb ki, hazır hərbi əməliyyatların başa çatması ilə bağlı danışıqlar aparılmır.
Qeyd edək ki, daha əvvəl Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Rusiya hərbi əməliyyatlarla bağlı məqsədlərinə çatmaqda son mərhələdədir. Cəbhədəki vəziyyət isə Kiyevin xeyrinə deyil.