Bu ölkənin prezidenti təcili əməliyyat olundu - FOTO

Bu ölkənin prezidenti təcili əməliyyat olundu - FOTO

10-12-2024, 13:45
-

A

+

Braziliya prezidenti Luis İnasio Lula da Silva beyin qanaması keçirərək təcili xəstəxanaya yerləşdirilib.

Söz.az TASS-a istinadən xəbər verir ki, oktyabrda dövlət başçısı yıxılaraq başından zədə alıb. 

Ölkənin cənub-şərqindəki San-Paulu şəhərindəki Sírio-Libanes xəstəxanasının məlumatına görə, ölkə başçısı başında ağrı hiss etdikdən sonra xəstəxanaya yerləşdirilib. 

“MRT-də oktyabrın 19-da evdə baş vermiş bədbəxt hadisə nəticəsində kəllədaxili qansızma aşkar edilib. Əməliyyat uğurla keçib”, - deyə tibb müəssisəsindən bildirilib.

Həkimlərin sözlərinə görə, prezident kraniotomiya əməliyyatı keçirməli olub. Bu, əməliyyat üçün kəllə sümüyünün bir hissəsinin müvəqqəti olaraq çıxarıldığı bir prosedurdur. 

Hazırda Luis İnasio Lula da Silva özünü yaxşı hiss edir və reanimasiya şöbəsində müşahidə altındadır.

yuxarı