87 min insan təxliyə edildi

87 min insan təxliyə edildi

10-12-2024, 14:53
-

A

+

Filippində Kanlaon vulkanının püskürməsindən sonra təxminən 87 min insanın təxliyəsinə başlanılıb.

Söz.az "TRT Haber"ə istinadən xəbər verir ki, Filippin Mülki Müdafiə İdarəsindən Neqros adasındakı Kanlaon vulkanının püskürməsindən sonra can itkisinin olmadığı bildirilib.

Açıqlamada bildirilib ki, vulkanın qərb və cənub yamaclarına ən yaxın rayonlarda yerləşən şəhər və kəndlərdə fövqəladə kütləvi evakuasiya aparılıb.

Vulkanın ətrafındakı 6 kilometrlik təhlükə zonasından 47 minə yaxın insanın təxliyə edildiyi, təxliyə prosesinin təxminən 87 min nəfəri əhatə edəcəyi vurğulanıb.



yuxarı