A
+Rusiyanın Xalq artisti, aktrisa Raisa Ryazanova infarkta səbəb ola biləcək ürək problemləri səbəbindən xəstəxanaya yerləşdirilib.
Söz.az "Shot" "Telegram" kanalına istinadən xəbər verir ki, aktrisanın ürəyindən şikayəti fırıldaqçıların qurbanına çevrildikdən sonra başlayıb.
Məlumata görə, 80 yaşlı aktrisa döş qəfəsindəki ağrılardan şikayət edib. Həkimlər ona ürək ritminin pozulması diaqnozu qoyublar. Bu, ürək dayanmasına və ya infarkta səbəb ola bilər. Xalq artistinin yüksək təzyiqi müalicə prosesini çətinləşdirib.
Qeyd edək ki, bir neçə gün öncə Ryazanovanın fırıldaqçılara 4 milyon rubl verdiyi bildirilib.
Fırıldaqçılar təhlükəsizlik qüvvələri adından onunla əlaqə saxlayıb və onu Ukrayna Silahlı Qüvvələrinə maliyyə dəstəyi göstərməkdə ittiham ediblər. Bunun əksini sübut etmək üçün isə onlara pul verməsini istəyiblər.
Bundan sonra fırıldaqçılar onunla əlaqəni kəsib və sənətçi polisə müraciət edib.