Hər şeydən bezib təqaüdə çıxır

Hər şeydən bezib təqaüdə çıxır

10-12-2024, 16:48
-

A

+

Qeyri-qanuni mərc oyunları ilə mübarizə çərçivəsində başladılan istintaq nəticəsində İstanbul Respublika Prokurorluğu müğənni Serdar Ortaça ev dustaqlığı cəzası verib, daha sonra isə barəsində 3 ilə qədər həbs cəzası tələbi ilə iddianamə hazırlanıb. 

Söz.az "Haber Global"-a istinadən xəbər verir ki, sənətçi sosial şəbəkədə izləyicisinə verdiyi cavabla hər kəsi təəcübləndirib. 

Ortaçın onun haqqında paylaşıma "Bu qədər sərt mühakimə etmək bu adamlara qalıb? Onlar olmayanda Serdar Ortaç var idi. Kölgəsi etməyəcək insanlar heç vaxt səhv etməyəcəklər kimi tənqid edirlər" şərhini yazan izləyicisinə cavabı maraq doğurub.

Sənətçi “Onsuz da tərk edirəm. Təqaüdə çıxıram, gedəcəm” cavabını verib.


yuxarı