A
+Kaliforniyanın Malibu şəhərində böyük meşə yanğını baş verib.
Söz.az CNN-ə istinadən xəbər verir ki, yanğının sahəsi 900 hektara çatıb.
Qeyd olunub ki, ərazidə küləyin sürəti saatda 64 kilometrə çatıb və bu da vəziyyəti kritik həddə çatdırıb, yanğının yayılması üçün şərait yaradıb.
Yanğın təhlükəsizliyi təhlükəsi ilə əlaqədar bəzi ərazilərdə qırmızı səviyyəli xəbərdarlıq elan edilib. Yanğınsöndürənlər alovla mübarizə aparır və yerli hakimiyyət ən azı 18 000 nəfərin və 8 100 evin təxliyəsi barədə göstəriş verib.
Bölgədəki universitetlərdə dərslər ləğv edilib.