A
+Bali adasında güclü külək səbəbindən ağaclar turistlərin üzərinə aşıb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.
Kadrlarda insanların parkda gəzdiyi, səs eşitdikləri üçün dayandıqları və bir neçə saniyədən sonra qaçmağa başladığı görünür.
Lakin bir neçə turist qaçmağa imkan tapmayıb və ağaclar onların üzərinə düşüb.
Məlumata görə, Fransa və Cənubi Koreya vətəndaşları həlak olub.
Bundan əlavə, üç nəfər yaralanıb.
Hadisənin digər təfərrüatları məlum deyil.