A
+Avstraliyada ölümcül Hendra virusunun 300-dən çox canlı nümunəsi dövlət laboratoriyasının əməkdaşlarının səhlənkarlığı ucbatından itib.
Söz.az xəbər verir ki, bu barədə "ABC" telekanalı səhiyyə naziri Tim Nikolsa istinadən məlumat yayıb.
Bildirilib ki, 2021-ci ildə virusologiya laboratoriyasından 323 nümunə itib. Hendra virusundan başqa, tərkibində lissavirus və hantavirus olan nümunələr də yoxa çıxıb.
Buna səbəb təhlükəsizlik protokollarının ciddi şəkildə pozulması olub.
Nümunələrin itməsi 2023-cü ilin avqustunda, laboratoriya işçiləri nümunələrə nə baş verdiyini izah edə bilməyəndə ortaya çıxıb.
Qeyd ediıib ki, əhali üçün risk azdır, çünki bu viruslar aşağı temperaturlu xüsusi kameralardan kənarda yaxşı yaşaya bilmir.