A
+Rusiyada mikroavtobus dayanacağa çırpılıb.
Söz.az "Vesti.ru"-ya istinadən xəbər verir ki, hadisə Kalininqradda baş verib.
Qəza zamanı 2 qadın xəsarət alıb.
İlkin məlumatlara görə, “Audi” markalı avtomobilin sürücüsü yol ayrıcında dönən “Citroen” markalı mikroavtobusla toqquşub. Toqquşma nəticəsində “Citroen” ictimai nəqliyyatın dayanacağına çırpılıb.
Təcili yardım gələnə qədər mikroavtobusun sürücüsü vəfat edib.
“Audi”də olan sərnişin və ictimai nəqliyyatı gözləyən iki qadın xəstəxanaya yerləşdirilib.
Onlardan birinin vəziyyəti ağırdır.