A
+ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ölkənin Türkiyədəki səfiri vəzifəsinə Tomas Barakın namizədliyini irəli sürüb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb: “Tom Barakın Türkiyədəki növbəti səfirimiz olacağını elan etməkdən məmnunam” sözlərini yazıb.
Qeyd edək ki, 77 yaşlı Barak otuz il ərzində özəl investisiya şirkətini uğurla idarə edib. O, 2016-cı ilin prezidentlik kampaniyası zamanı Trampın müşaviri olub.
Onun sərvəti bir milyard dollardan çox qiymətləndirilir və o, ABŞ-ın ən zəngin 500 adamından biridir.
Tramp artıq doqquz milyarderə öz administrasiyasında vəzifələr təklif edib. Trampın özü də daxil olmaqla,bu rəqəm 10 nəfərə çatıb. Bu isə administarasiyanı record həddə zəngin edəcək. Bu on şəxsin ümumi sərvəti 350 milyard dolları ötür.
Bu məbləğin böyük hissəsi “Tesla” və “SpaceX”-in rəhbəri İlon Maskın payına düşür. O, digər iş adamı Vivek Ramasvami ilə birlikdə yeni Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edəcək.
Bu məbləğin böyük hissəsi Tesla və SpaceX-in rəhbəri İlon Maskın payına düşür. O, başqa bir iş adamı Vivek Ramasvami ilə birlikdə yeni Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edəcək.