1700 nəfəri öldürən Əsədin qardaşı axtarılır

1700 nəfəri öldürən Əsədin qardaşı axtarılır

11-12-2024, 12:31
-

A

+

Suriyada noyabrın 27-də başlayan hadisələr dekabrın 8-də Bəəs hakimiyyətinin süquta uğraması ilə yekunlaşıb. Bununla da Suriyada 61 ildir hakimiyyətdə olan Əsəd ailəsinin hakimiyyətinə rəsmən son qoyub. 

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, üsyançılar paytaxt Dəməşqə daxil olduqdan sonra Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvaya qaçıb.

Yeni məlumata görə, “Heyəti-Tahrire-Şam”ın rəhbəri Əbu Məhəmməd əl-Colaninin daha öncə açıqlayacağını bildirdiyi ölüm siyahısı bəlli olub.

Suriya xalqına işgəncə verən yüksək vəzifəli cinayətkarların adlarının yer aldığı ölüm siyahısında Mahir Hafiz Əsəd ən kritik adlardan biridir.

426-sı uşaq olmaqla, azı 1700 nəfərin kimyəvi qazla öldürüldüyü Quta hücumunun gühahkarı Mahir Hafiz Əsəd axtarılır. 

Quta kimyəvi hücumu Suriya vətəndaş müharibəsində ilk zəhərli qaz hücumu kimi tanınır və əsrin ən ağır hərbi cinayəti hesab olunur.



yuxarı