A
+Moskvada 35 yaşlı xəstə baxıcısı 100 yaşlı təqaüdçünün pul və mükafatlarını oğurlayıb.
Söz.az “Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qadın Novı Arbat küçəsində yaşayan yaşlıya 24 saatlıq baxıcı kimi işə düzəlib.
O, rəfiqəsi ilə birlikdə təqaüdçü ilə yaşayıb. Daha sonra isə 100 yaşlı qadının sikkə kolleksiyasını və 300 min rubl dəyərində mükafatlarını oğurlayıb.
Ortaqlar oğurladıqları malları tanıdıqları şəxslərə satıblar, bundan sonra isə baxıcı qadın işdən çıxıb.
Ona qarşı Rusiya Federasiyasının Məcəlləsi Cinayət Məcəlləsinin 158-ci maddəsinin 3-cü bəndi (“Oğurluq”) ilə cinayət işi açılıb.
Onun şəriki isə Cinayət Məcəlləsinin 175-ci maddəsinin 2-ci (“Cinayət yolu ilə əldə edildiyi məlum olan əmlakı əldə etmə və ya satma”) bəndi ilə təqsirləndirilib.