A
+Türkiyədə müəllimlərin daşıyan avtobus aşıb.
Söz.az "haber Global"-a istinadən xəbər verir ki, hadisə Muşda baş verib.
Qəza nəticəsində 9 nəfər yaralanıb.
Hadisəyə səbəb qatı duman və yolun buz bağlaması olub. Qəza yerinə sağlamlıq qrupları və jandarma sövq edilib.
Qəzada yaralanan sürücü və 8 müəllim xəstəxanaya çatdırılıb.